29 Fevral, 2012
Bakıda bıçaqlanma hadisəsi baş verib

Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. ANS TV-nin məlumatına görə, hadisə zamanı 1973-cü il təvəlüdlü Balakən rayon sakini Əhmədov Rüstəm Nurov oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Hadisədən sonra təcili olaraq 1 saylı şəhər xəstəxanasına çatdırılan Rüstəmin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, artıq zərərçəkmiş polislərə ilkin ifadəsini verib. Əhmədov bıçaq xəsarətinin ona heç kim tərəfindən yetirlmədiyini, ehtiyatsızlıqdan özü-özünü bıçaqladığını bildirib. Rüstəm Əhmədovun bu ifadəsində nə dərəcədə doğru olduğu Nəsimi rayon Polis İdarəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!