28 Fevral, 2012
Şeyxülislam Allahşükür Paşazadə sabah Moskvaya səfərə gedəcək

Səfər Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 29-da Rusiya Federasiyasına səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Simsar.az-a bildirib ki, səfər Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur.

Səfər müddətində şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə dinlərarası dialoqun inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!