28 Fevral, 2012
Şəxsiyyət vəsiqələrində dəyişiklik

Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik

Azərbaycanda şəxsiyyət vəsiqələrində ünvan haqqında informasiya kod şəklində göstəriləcək. Simsar.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin rəhbəri Ramiz Quliyev bildirib.

"Yeni şəxsiyyət vəaiqələrində ünvan hazırkı formada göstərilməyəcək. Ünvan barədə informasiya elektron şəkildə göstəriləcək. Küçələrin adları əvəzinə onların kodları veriləcək", - Quliyev deyib.

Azərbaycanda ünvan reyestrinin yaradılması çərçivəsində hər bir küçənin, daşınmaz əmlak obyektinin hər bir çıxışının öz nömrəsi olacaq.

Azərbaycanda yeni şəxsiyyət vəaiqələrinin tətbiqinə 2014-cü il yanvarın 1-dən başlanacaq. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək. 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!