28 Fevral, 2012
SULU QAR GƏLİR

Ölkədə hava yenidən kəskin dəyişəcək, martın ilk günləri soyuq və yağmurlu olacaq

Martın 1-dən 3-dək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək və temperatur 5-7 dərəcə enəcək.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Simsar.az-a bildirib ki, martın ilk günləri Azərbaycan ərazisində hava yağıntılı olacaq.

Bakıda və Abşeron yarımadasında martın 1-i axşamdan başlayaraq martın 3-dək fasilələrlə yağış yağacaq, güclü şimal küləyi əsəcək. Martın 1-də Bakıda havanın temperaturu gündüz saatlarında 3-6 dərəcə isti olacaq.

Bu müddətdə Azərbaycanın əksər ərazilərində də temperatur xeyli düşəcək və yağış yağacaq.

Tağıyeva bildirib ki, sabah isə bu günlərdə hökm sürən hava şəraiti davam edəcək.

Ölkə ərazisində mülayim isti hava şəraiti davam edəcək, hava əsasən yağmursuz olacaq. Temperatur rejimi iqlim normasından əsasən yüksək olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 29-da gündüz saatlarında 11-16 dərəcə isti olacaq.

Aran rayonlarında 13-18, dağlarda 3-8 dərəcə isti gözlənilir.

Tağıyevanın sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!