28 Fevral, 2012
Elmar Hüseynovun anım mərasimi keçiriləcək

Mərasim saat 12-də jurnalistin İkinci Fəxri xiyabandakı məzarı önündə başlayacaq

Martın 2-də mərhum jurnalist Elmar Hüseynovun anım mərasimi keçiriləcək. RATİ xəbər verir ki, mərasim saat 12-də jurnalistin İkinci Fəxri xiyabandakı məzarı önündə başlayacaq.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.

Jurnalist 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!