27 Fevral, 2012
Model Günay Musayeva da Taksimdəki aksiyaya qatılıb

“Əsl soyqrım ermənilərin Xocalıda törətdikləridir”

Fevralın 26-da İstanublun Taksim meydanında Xocalı soyqrımının 20 illiyi ilə əlaqədar keçirilən yürüş-mitinqdə mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər. Azərbaycanın xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Azərin, eləcədə İradə İbrahimova, Azəri qızı Günel, aktrisa Məlahət Abbasova, balaban ustası Əlixan Səmədov, Türkiyədə yaşayan rəssam və musiqiçilər iştirak ediblər.
Türkiyədə fəaliyyət göstərən, son zamanlar adı qalmaqallarda hallanan model Günay Musayeva da arsiyada iştirak edib. Həmyerlimiz “Fransada qondarma soyqrım iddialarını tanıması cəfəngiyatdan başqa bir şey deyil. Əsl soyqrım ermənilərin Xocalıda törətdikləridir. Mən də vətənini sevən biri kimi yürüşə qatılıb şüarlar səsləndirdim. Məncə bütün dünya Xocalı soyqrımını tanımalıdır. Ermənilərin bu əməlləri cavabsız qalmamalıdır. Taksim meydanındakı birlik məni azərbaycanlı kimi çox duyğulandırdı. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Xocalı soyqrımına türklərin belə reaksiya verməsi və hər zaman bizi dəstəkləməsi qürurvericidir”- deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!