27 Fevral, 2012
AMIP yürüş keçirdi

Gənclər soyqırım qurbanlarını yad ediblər

AMİP Gənclər Təkilatı Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar “Xacalıya ədalət” kampaniyası çərçivəsində şəhər mərkəzində aksiya keçirib. Üzərlərində azərbaycan və ingilis dillərində “Xocalı 20” yazılmış xüsusi geyimdə olan gənclər fəvvarələr meydanı və dənizkənarı parkda yürüş keçirib və Xocalı həqiqətlərini əks etdirən bukletlər paylayıblar.
AMİP üzvləri “Ana Harayı” abidəsini də ziyarət edərək soyqırım zamanı qətlə yetirilmiş insanların xatirəsini yad ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!