24 Fevral, 2012
İslamçı jurnalistin məhkəməsi keçirilib

Növbəti iclas mart ayının 6-sına saat 15:00-a təyin olunub

Dünən İslamazeri.az-ın baş redaktoru Ramin Bayramovun ilk məhkəmə iclası keçirilib. Məhkəmə tanışlıq xarakterli olduğundan qısa keçirilib. Ramin Bayramovun məhkəməsi açıq keçirilib. Növbəti iclas mart ayının 6-sına saat 15:00-a təyin olundu.

Xatırladaq ki, Ramin Bayramov ötən ilin avqust ayında həbs olunub. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!