24 Fevral, 2012
Bakıda bəzi küçə və prospektlər bağlanacaq

Xocalı Parkına gedən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək tədbirdə iştirakçıların təhlükəsizliyini təmin etmək və onların rahat, fasiləsiz hərəkətini təşkil etmək məqsədilə fevralın 26-da səhər saat 07:30-dan tədbir başa çatanadək bu istiqamətdə Xocalı prospekti, Xocalı Parkına gələn yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbirin Azadlıq meydanından Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində Xocalı prospekti istiqamətinə yürüşlə əlaqədar Heydər Əliyev prospektilə 10-cu zavod dairəsi, Babək prospektiylə Nəcəfqulu Rəfiyev küçəsi, Nəcəfqulu Rəfiyev küçəsilə Nobel prospektinin kəsişməsindən Xocalı prospektinə, həmçinin Xocalı prospekti ilə kəsişən Sergey Senyuşkin, Fəzail Bayramov, Natiq Əliyev, Ayaz İsmayılov, İzzət İsmayılov, Yeryomenko küçələrindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Eyni zamanda, Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, eləcə də Cavanşir körpüsü, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Xəqani, Puşkin, Teykab Səfərəliyeva küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Yol polisi bununla əlaqədar olaraq qeyd olunan istiqamətlərə əhalidən şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini, ya da nativ yollara üstünlük vermələrini tövsiyyə edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!