24 Fevral, 2012
ANS Xose Bernardonu itirdi

85 manat cərimə jurnalisti hiddətləndirib 

ANS-də işçilərin televiziyanı tərk etməsi davam edir. Şirkətdən Simsar.az-a daxil olan məlumata görə, telekanalın qaradərili aparıcısı Xose Bernardo televiziyanı tərk edib. 

Şikrkətdəki mənbənin verdiyi məlumata görə, X. Bernardonun işdən çıxmasının səbəbi maaşından tutulmasıdır. ANS ÇM-də reklam rolikini aparıcısı olan Bernardo işə gec gəldiyindən veriliş baş tutumayıb.

Şirkət rəhbərli isə Bernardonun məsuliyyətətsizliyi nəticəsində ANS-ə 84 manat ziyan vurmasını əsas gətirərək həmin pulu onun maaşından tutub. Bu isə X. Bernardonun hiddətləndirib və ərizəsini yazaraq televiziyanı tərk edib.

Qeyd edək ki, ANS-də qaradərili aparıcının çalışması maraqlı bir nümunə kimi mövcud idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!