24 Fevral, 2012
Bakı Metropolitenində problem

“Elmlər Akademiyası” stansiyasında sərnişin sıxlığının yaranmasına səbəb eskalatorun işləməməsi olub

Bu gün səhər Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında böyük izdiham yaşanıb. Simsar.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sərnişin sıxlığının yaranmasına səbəb stansiyadakı eskalatorlardan birinin işləməməsi və digər eskalatorun nasaz olması olub. 

Metropoliten əməkdaşının ANS PRESS-ə verdiyi məlumata görə, problem eskalatorun mühərrikində yaranıb və nasazlıq bir saat ərzində aradan qaldırılacaq.

Qeyd edək ki, eskalatorun təmir edilməsi işlərinə başlanılsa da, hələlik problem aradan qaldırılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!