23 Fevral, 2012
Sabah hava yağmursuz olacaq

Bakıda sabah hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə və səhər havanın bəzi yerlərdə az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 24-25-də biometeoroloji amillərin iqlim norması daxilində zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!