22 Fevral, 2012
Bakı Metropolitenində qatarların qrafikində ləngimələr müşahidə olunub

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət qrafikində ləngimələr olub

Qatarların hərəkət qrafikindəki interval adi günlərdəkindən fərqli olaraq bəzi stansiyalarda 11 dəqiqəyə çatıb. Bu da vaqonlarda sıxlığın yaranmasına, qatarların tuneldə dayanmasına səbəb olub.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə açıqlamasında Metropolitendə hər hansı bir nasazlıq probleminin olmadığını söyləyib. Onun sözlərinə görə, problem sərnişinlərin qatarı gecikdirməsi nəticəsində yaranıb: “Bəzən olur ki, sərnişinlər qatarın qapılarını tutur və bu da nəticədə gecikməyə səbəb olur. Son günlər metroda sərnişinlərin sayı artdığı üçün belə bir problem meydana çıxır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!