22 Fevral, 2012
Növbəti üç günün hava proqnozu

Növbəti üç gündə Azərbaycanda nisbətən isti və mülayim hava şəraiti hökm sürəcək

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, fevralın 23, 24, və 25-də Azərbaycanın əksər ərazilərində yağmursuz hava şəraiti proqnozlaşdırılır. Yalnız fevralın 23-də bəzi rayonlarda az çiskin gözlənilir.

Bakıda və Abşeron yarımadasında növbəti üç gündə günorta saatlarında 4-8 dərəcə isti, gecə isə 0-2 dərəcə isti olacaq.

Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən 3 dərəcəyədək isti gözlənilir.

Dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.

Tağıyevanın sözlərinə görə, fevralın 23 və 25-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında nisbətən güclü cənub küləyi əsəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!