22 Fevral, 2012
Yol işçiləri peşə bayramlarını qeyd edirlər

Bu gün onların günüdür 

Bu gün avtomobil yol işçilərinin peşə bayramıdır. Bu bayram 2008-ci ildə prezident sərəncamı ilə qeyd edilir.

Simsar.az "AzərTac" dövlət agentliyinə istinadən bildirir ki, prezident İlham Əliyevin 2005-ci il noyabrın 25-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında”, həmçinin 2006-cı il fevralın 1-də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaradıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!