18 Fevral, 2012
Şəki türk dünyasının paytaxtı elan olunub

İl ərzində Şəkidə türk dünyasının mədəniyyətinə dair müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur

Rusiya Federasiyasının Tatarıstan Respublikasında TÜRKSOY-un 4-cü seminarında türk dünyasının qeyri-maddi mədəni irs paytaxtları seçilib.

Simsar.Az-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, Tatarıstan Respublikasının Elabutu, Başqırdıstan Respublikasının Ufa şəhəri və Azərbaycan Respublikasının Şəki şəhəri türk dünyasının 2012-ci ildə qeyri-maddi mədəni irs paytaxtları elan olunublar.

Bu çərcivədə il ərzində Şəkidə türk dünyasının tarix və mədəniyyətinə dair müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!