18 Fevral, 2012
Bütün Qafqazın şeyxi Rusiya nümayəndələri ilə görüşüb

Hacı Allahşükür Paşazadə Rusiyada yaşayan minlərlə azərbaycanlının prezident seçkisində Vladimir Putini dəstəkləyəcəyinə inanır

Bakıda səfərdə olan Moskva regionlararası əməkdaşlıq və dini təşkilatlarla əlaqə departamentinin rəhbəri Yuri Artyux və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryonin bu gün Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə görüşüb. Azərbaycanla Rusiya arasında əlaqələrin dərin olduğunu deyən Hacı Allahşükür Paşazadə münasibətlərin inkişafında Rusiya iqtidarının müstəsna xidmətlərinin olduğunu bildirib. Şeyx məhz bu səbəbdən Rusiyada yaşayan minlərlə azərbaycanlının prezident seçkisində Vladimir Putini dəstəkləyəcəyinə inandığını söyləyib.

Seçkiqabağı kampaniya çərçivəsində Azərbaycana səfər etdiyini deyən Yuri Artyux Moskvada yaşayan azərbaycanlıların bərabər imkanlardan faydalanması və inkişaf etməsi üçün bundan sonra da çalışacaqlarını ifadə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!