17 Fevral, 2012
Simsar.az-ın əməkdaşı qalib oldu

Media Hüquqi İnstitutu və ABA-CELİ jurnalistlər üçün müsabiqənin nəticələrini açıqlayıb

"Azərbaycanda medianın hüquqi problemləri" mövzusundakı yazı müsabiqəsinin qalibi açıqlanıb. Müsabiqənin mükafatlandırma mərasimi bu gün Amerika Hüquqşünaslar Assosiasiyasının ofisində keçirilib.

Amerika Hüquqşunaslar Assosiasiyası və Media Hüququ İnstitutunun birgə keçirdiyi müsabiqənin qalibi simsar.az saytının əməkdaşı Ruslan Xəlil olub. Qalibə “Redaktor, sıravi jurnalist, hüquqşunas, hətta dövlət məmuru - hamı durumdan şikayətçidir” yazısına görə (http://simsar.az/news/a-16483.html) 500 AZN pul mükafatı və şəxsi veb-sayt hədiyyə edilib.

Amerika Hüquqşunaslar Assosiasiyasının nümayəndəsi Robert Steere qeyd edib ki, bu, qurumun Azərbaycanda təşkil etdiyi ilk jurnalist müsabiqəsidir: “Müsabiqəyə 15 jurnailist yazı təqdim edib. Bu çox yaxşı nəticədir. Bu yazıların hamısında Azərbaycanda medianın qarşılaşdığı hüquqi problemlərə toxunulub”.

Yazıları media eksperti Zeynal Məmmədli, hüquqçu Ələsgər Məmmədli və araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu qiymətləndirib.

Hüquqçu Xalid Ağalıyev qalibin Media Hüquq İnstitutunun jurnalistlər üçün keçirdiyi təlimlərdə iştirakçı olduğunu qeyd edib: “Belə təlimlər jurnalistlərin öz hüquqlarını bilmələri üçün əhəmiyyətlidir. Onlar media hüququ problemləri barədə yazmağa maraq göstərirlər”.

Araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu Azərbaycanda medianın qarşılaşdığı problemlər haqqında danışıb: “Azərbaycanda jurnalistika çətin peşədir. Amma gənc jurnalistlərin uğurlarını görəndə sevinirik. Vətəndaşalrın informasiya almaq hüququ var. Bilginin alınmasına qadağa qoymaq, jurnalistin informasiya almasına əngəl yaratmaq söz azadlığını məhdudlaşdırır”.

Ş.Çobanoğlu təqdim olunan yazılarda problemlərin insan taleyindən keçirmək cəhdələrinin zəif olduğunu da xatırlatdı: “Daha çox ekspert rəylərinə müraciət olunub. Lakin problemi insanın taleyindən keçirməklə işıqlandırmaq daha maraqlı və effektiv olardı”.

Müsabiqədə 2011-ci il noyabrın 20-i və 2012-ci il yanvarın 22-i aralığında dərc olunmuş yazılar iştirak edib.

Sonda Amerika Hüquqşunaslar Assosiasiyası və Media Hüququ İnstitutunun yeni müsabiqəsinin diffomasiya məsələsi ilə bağlı olacağı bildirilib.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!