17 Fevral, 2012
“Məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi”

Prezident İlham Əliyev Mahmud Abbasa başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa başsağlığı verib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!