17 Fevral, 2012
XİN əməkdaşları bilik imtahanı verəcək

Fevralın 19-da Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XİN-in birinci çempionat keçiriləcək.

 Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çempionatda iştirak etmək üçün XİN-in əməkdaşlarından ibarət 8 komanda artıq qeydiyyatdan keçib.


Hər komanda 5 və 6 nəfərdən təşkil olunub. XİN-də bu tipli intellektual oyunlar mütəmadi olaraq keçirilir. Bu məqsədlə XİN-də “Diplomat” İntellektual Klubu da təsis edilib.


Qeyd edək ki, artıq ikinci dəfədir klub tərəfindən XİN əməkdaşları arasında çempionat keçirilir. Bundan öncə ötən il mayın 9-da Şahmat Klubunda XİN üzrə birinci “Breyn Rinq” intellektual oyunu təşkil edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!