16 Fevral, 2012
20 fevral “Atəşkəs Qurbanları Günü” elan edilib

Murovda baş verən qətliamın ildönümü qeyd olunsun?

20 fevral “Atəşkəs Qurbanları Günü” elan edilib. Simsar.az-ın məlumatına görə, bu
gün “Atəşkəs Qurbanları” ictimai birliyinin keçirdiyi mətbuat konfransında bu barədə qərar verilib. Təşkilatın sədri Etibar Quliyev təqvimin təsadüfi seçilmədiyini deyib: “2011-ci ilin 20 fevralında Murovda, Toğanadakı hərbi hissədə kütləvi qətliam baş verdi və 7 əsgər dünyasını dəyişdi. Bu son illərin ən kədərli hadisələrindən biri idi”.
Fevralın 20-də təşkilatın üzvləri atəşkəs dövrünün şəhidlərinin xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanını ziyarət edəcək.
Qeyd edək ki, təşkilatın sədri Etibar Quliyevin oğlu Zakir Quliyev də 2011-ci ilin 20 fevralında Murovdakı hərbi hissədə kütləvi qətliam nəticəsində dünyasını dəyişib.

Xatirə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!