16 Fevral, 2012
Bahar Muradova 12 illik təhsil və test üsulundan danışdı

“Ayrı-ayrı sahə və qanunlarla belə məsələlər tənzimlənə, həllini tapa bilər”

“Azərbaycanın gələcəkdə də əsas prioriteti təhsil olacaq”. Simsar.az-ın verdiyi məlumata görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının keçirdiyi “Milli Təhsilimizi Gələcəyi: Əsas hədəflər və vəzifələr” mövzusunda tədbirdə parlamentin vitse-spikeri Bahar Muradova söyləyib.

Bahar Muradova deyib ki, elmi tədqiqatla praktikanın vəhdətinə diqqət yetirmək lazımdır və universitetlərlə elm müəssisələri bunu xüsusi diqqət mərkəzində olmalıdır: “Fikirlər səslənir ki, dünyada 12 illik təhsil sistemi var, Azərbaycan da buna uyğunlaşmalıdır. Test üsulu ilə bağlı da fikirlər səsləndi. Bu məsələlər müzakirə oluna, qanunvericliklə tənzimlənə bilər. Məncə, biz qanunvericilik sahəsinin problemlərini də araşdırmaqla bağlı bir tədbir keçirməliyik. Ayrı-ayrı sahə vi qanunlarla belə məsələlər tənzimlənə, həllini tapa bilər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!