16 Fevral, 2012
Rektor Azərbaycanda test üsulunun ləğvini istəyir

“Test üsulu ilə aparılan imtahanlarda təfəkkürdən söhbət gedə bilməz”.

Bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı dəyirmi masada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov deyib. O bildirib ki, əgər belə davam etsə, bir neçə ildən sonra ölkədə kimya, fizika, riyaziyyat müəllimləri çatışmayacaq. Rektor deyib ki, ali məktəblərdə kadr potensialının zəifləməsi vəziyyəti uçuruma aparır. O, 600-700 bal toplayaraq ali məktəblərə daxil olanların indiki savadlı kadrları əvəz edə bilməyəcəyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!