16 Fevral, 2012
Tələbə ola bilməyənlərlə bağlı xüsusi proqram hazırlanacaq

Abel Məhərrəmov: "Tələbə olmayan 70 minin taleyinə aydınlıq gətirilməlidir"

Azərbaycanda ali məktəbə qəbul olunmayanlarla bağlı xüsusi proqram hazırlanmalıdır. Simsar.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov cümə axşamı "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı "dəyirmi masa"da bildirib.

"İldə 100 minə qədər şəxs orta məktəbi bitirir və onun təxminən 30 mini ali məktəbə daxil olur. Bəs digər 70 minin taleyi necə olur?", - Məhərrəmov deyib.

Onun sözlərinə görə, ali məktəbə qəbul olunmayanlarla bağlı xüsusi proqram 2020-ci ilədək hesablanan strategiyanın əsas hədəflərindən biri olmalıdır.

Məhərrəmov həmçinin bildirib ki, bu gün orta məktəbin yuxarı siniflərində tədrisin keyfiyyəti artırılmalıdır.

"Şagirdlər məktəbdən qaçaraq repetitor yanına gedirlər, məktəb imtahanında və qəbul imtahanında müxtəlif mövzulardan imtahan verirlər. Təhsili vahid metodoloji müstəviyə gətirmək lazımdır", - rektor deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!