16 Fevral, 2012
Xaricdə oxuyanların əksəriyyəti tibb təhsili alır

"Xaricdə təhsil alan tələbələrin 36 faizi tibbi təhsil, 17 faizi mühasibat uçotu, 24 faiz İKT təhsili alır"

Azərbaycandan xarici ali təhsil müəssisələrində təhsil almaq üçün gedənlərin böyük qismi tibbi təhsil alır.

 Simsar.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov bu gün Yeni Azərbaycan Partiyasının keçirdiyi “Milli Təhsilimizi Gələcəyi: Əsas hədəflər və vəzifələr” mövzusunda tədbirdə söyləyib.

Misir Mərdanov deyib ki, xaricdə təhsil alan tələbələrin 36 faizi tibbi təhsil, 17 faizi mühasibat uçotu, 24 faiz İKT təhsili alır: “Cəmi 1 faiz kimya, fizika üzrə xarici ali məktəblərdə təhsil alır. Fizika və kimya üzrə çox az təhsil alanların olması yaxşı hal deyil”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!