16 Fevral, 2012
Metrostansiyalardakı eskalatorlar dəyişdiriləcək

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “XəzərXəbər”-ə müsahibə verib

Onun sözlərinə görə, “28 may” stansiyasındakı eskalatorların dəyişdirilməsi üçün hazırda danışıqlar aparılır.

“Artıq layihə işlənilib, hazırlanıb. Ümidvarıq ki, bu, “Evrovision” mahnı yarışmasından sonra gerçəkləşdiriləcək. Yay aylarında metrodan istifadə edənlərin sayı az olur. Odur ki, eskalatorların sentyabrın 15-dək istifadəyə veriləcəyi gözlənilir”.

Metropoliten sədri həmçinin bildirib ki, “28 may” metrostansiyasından sonra “Sahil” və “Xətai” stansiyalarındakı 1967-ci ildən istifadəyə verilən eskalatorlar da yeniləri ilə əvəzlənəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!