15 Fevral, 2012
"Qar əriyəndən sonra tıxaclar artıb" - yol polisi

Vaqif Əsədov: "Buz və qar əriyəndən sonra böyük çökəkliklər yaranır"

Bakı Yol Polisi paytaxt yollarındakı tıxacların səbəbini qardan sonra yollarda yaranan çökəkliklərlə əlaqələndirir.

Simsar.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov havaların isinməsi ilə əlaqədar paytaxt yollarındakı buz və qarın əriməsi nəticəsində böyük çökəkliklər yarandığını və bu səbəbdən tıxacların yarandığını bildirib.

Onun sözlərinə görə, Balaxanı-Zabrat yolu, Babək prospektindən Əhmədliyə gedən istiqamətdə, Həsən Əliyev küçəsində bu səbəbdən bir neçə gündür böyük tıxaclar yaranıb. Onun sözlərinə görə, bu çökəkliklər səbəbindən həmin yollarda sürücülər sürəti azaltmaq məcburiyyətində qalırlar və avtomobillərin hərəkətində ləngimə yaranır.

Əsədov sürücülərə diqqətli və ehtiyatlı olmağı, nativ yollardan istifadə etməyi tövsiyə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!