14 Fevral, 2012
Məzahir Pənahov Koray Targayla görüşüb

“ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atmışıq”

Fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai informasiya şöbəsindən Simsar.az-a verilən məlumata görə, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Mərkəzi Seçki Komissiyasının sədri qeyd edib ki, Komissiya nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq edir: “Bu günə kimi Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atıb. Bu tədbirlər seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynayıb”.

ATƏT-in Bakı ofisinin rəhbəri də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını qeyd edib. O bildirib ki, ATƏT-in Bakı ofisi MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılıb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!