13 Fevral, 2012
Kür yenidən dəli ola bilər

Çayın aşağısında suyun səviyyəsi qalxır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 kubmetr/saniyə olmaqla, ongünlük normanın 84, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 60 kubmetr/saniyə olmaqla, ongünlük normanın 85 faizinə bərabərdir.

Fevralın 10-dan etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 22, Şirvanda 20, Salyanda 37, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 640, Şirvanda 522, Bankədə, Araz çayının Novruzlu məntəqəsində isə 360 santimetrdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!