13 Fevral, 2012
Baharın Azərbaycana gəlişinin dəqiq tarixi açıqlanıb

Bahar martın 20-si saat 09.14 dəqiqədə gələcək

Baharın Azərbaycana gəlişinin dəqiq tarixi açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev APA-ya açıqlamasında bildirib ki, bahar Azərbaycana martın 20-si saat 09.14 dəqiqədə gələcək. Həmin gün Günəş yaz bərabərliyi nöqtəsində olacaq, gecə ilə gündüz bərabərləşəcək. Həmin nöqtədən sonra Günəş Şimal yarımkürəsinə keçəcək.

Ə. Quliyev axır çərşənbənin hansı tarixə düşdüyünü də açıqlayıb: “Martın 13-ü Azərbaycanda axır çərşənbə olacaq. Gələn həftənin 2-ci günü isə ilk çərşənbədir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!