11 Fevral, 2012
Bakı “bomj”larını don vurub

3 nəfər xəstəxanaya çatdırılıb

Son sutka ərzində Bakıda 3 nəfər donvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

 Bu barədə Simsar.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, don vuran hər 3 şəxs küçə həyatı yaşayan “bomj”lar olub. 

Onlardan 2-si Yasamal rayonu ərazisindən götürülüb və 6 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Digər “bomj” isə Nərimanov rayonu ərazisində aşkar edilərək 5 saylı Şəhər Xəstəxanasına çatdırlıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!