10 Fevral, 2012
Kür çayının aşağı axınında suyun səviyyəsi artır

Fevralın 3-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 66 sm, Şirvanda 48 sm, Salyanda 32 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə 48 sm artıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 618 sm (2011-ci il fevralın 10-da 512 sm), Şirvanda 502 sm (2011-ci il fevralın 10-da 403 sm ), Bankədə 332 sm (2011-ci il fevralın 10-da 304 sm), Araz çayının Novruzlu məntəqəsində isə 320 sm (2011-ci il fevralın 10-da 243 sm) təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!