10 Fevral, 2012
Kənd Təsərrüfatı Nazirliyində operativ işçi qrupu yaradılıb

İşçi qrupu havaların şaxtalı və intensiv qarlı keçməsi nəticəsində aqrar sahədə yarana biləcək çətinliklərin aradan qaldırılmasına kömək edəcək

Kənd Təsərrüfatı Nazirliyində (KTN) havaların şaxtalı və intensiv qarlı keçməsi nəticəsində aqrar sahədə yarana biləcək çətinliklərin aradan qaldırılmasını operativ surətdə təşkil edilməsi məqsədilə işçi qrupu yaradılıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yaranmış problemlərlə əlaqədar KTN-in Aparatında təşkil olunmuş “qaynar xətt”ə - (012) 498-89-14 saylı telefona zəng etmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!