10 Fevral, 2012
Qar yağacaq, şimal-qərb küləyi yenidən güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, axşama doğru 5 dərəcəyədək şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi yenidən güclənəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!