9 Fevral, 2012
Bakıda rekord dərəcədə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 9-da gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!