8 Fevral, 2012
Hava şəraiti daha da kəskinləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturunun gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 08-də qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamenti kəskin hava şəraiti haqqında xəbərdarlıq da edib. Fevralın 9-u gündüzədək kəskin hava şəraitinin davam edəcəyi, qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, çovğun olacağı gözlənilir. Havanın minimal temperaturunun 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!