7 Fevral, 2012
Orta məktəblərlə bağlı qərarın müddəti uzadıla bilər

Təhsil Nazirliyi: “Məktəblərdən müraciətlər alırıq”

Kəskin hava şəraiti ilə bağlı orta məktəblərdə dərslərin yenidən müvəqqəti dayandırılıb-dayandırılmaması barədə hələ qərar qəbul olunmayıb.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, məsələ ilə bağlı məktəblərdən də nazirliyə müraciətlər daxil olur.

Əgər kəskin hava şəraiti ilə bağlı dərslərin dayandırılması barədə qərar verilərsə, bu, sabah səhər saatlarında elan olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!