7 Fevral, 2012
Məşhur rəssam Antoni Tapiyes vəfat edib

O, həyatının son 5 ilini xəstəlikdən əziyyət çəkib

Simsar.az Qərb mətbuatına istinadən xəbər verir ki, müasir rəssamlığın tanınmış nümayəndələrindən biri, ispaniyalı rəssam və heykəltaraş Antoni Tapiyes 88 yaşında vəfat edib. O, 2007-ci ildən xəstə olub.

20-ci əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri A.Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub. 1950-ci ildə ilk fərdi sərgisini açıb.

Bundan sonra Parisə köçən A.Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!