7 Fevral, 2012
Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib

"Kitabxanalara ali və orta təhsilli, kompüter biliklərini mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdır"

Mədəniyyət və Turizm Nazirliyi kitabxana rəhbərlərinə xəbərdarlıq edib. Simsar.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, Azərbaycanda şəhər, rayon kitabxanalarına (onların filiallarına) ali və orta ixtisas təhsilli (o cümlədən ali təhsilli), habelə kompüter biliklərini və informasiya texnologiyalarını mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdır. Məqsəd "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi və Nazirlər Kabinetinin “Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştatları haqqında” qərarının icrasını təmin etməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!