7 Fevral, 2012
Bakı-Sumqayıt yolunda hərəkət dayanıb

Xırdalan şəhəri yaxınlığındakı hissəsindən avtomobillərin hərəkətində problem yaranıb

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

 Hadisə yerində olan şahidlərin Simsar.az-a verdiyi məlumata görə, yolun hərəkət hissəsi buz bağladığından magistralın Xırdalan şəhəri yaxınlığındakı hissəsindən avtomobillərin hərəkətində problem yaranıb.

Şahidlərin məlumatına görə, yola qum, duz səpilməyib və ərazidə yol post patrul xidmətinin əməkdaşları gözə dəymir.

Xatırladaq ki, hidrometereoloqlar bu gün axşam saatlarında ölkədə havanın təmperaturunun kəskin aşağı düşəcəyi, qar yağacağı, covğun olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!