7 Fevral, 2012
Yenə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fevralın 7-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Temperatur gecə və gündüz saatlarında 0-3 dərəcə, axşama doğru isə mənfi 5 dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 6-dan 7-ə keçən gecədən başlayaraq fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!