7 Fevral, 2012
Türkiyədə terrorçular neft kəmərini partladıb

Ətrafa yayılan xam neft yaxınlıqda olan kəndlərə aid tarlalara ziyan vurubƏtrafa yayılan xam neft yaxınlıqda olan kəndlərə aid tarlalara ziyan vurub

Türkiyə Mardin vilayətinin Yeşilli rayonu Dereyanı kəndindən keçən “Kərkük – Yumurtalıq” neft kəməri PKK terrorçularının hücumuna məruz qalıb. Baş vermiş partlayış nəticəsində kəmərdən sızan neft 60 km-lik əraziyə yayılıb. Qeyd edək ki, ətrafa yayılan xam neft yaxınlıqda olan Savur, Ömərli və Yeşilli kəndlərinə aid tarlalara ziyan vursa da bir müddət sonra neftin axması dayandırılıb.

Hadisədən sonra neft kəmərinə nəzarət edən “BOTAŞ” şirkəti ətrafda təhlükəsizlik tədbirlərini gücləndirib və kəmərin partlayışda zərər görmüş hissəsinin təmirinə başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!