7 Fevral, 2012
Polis rəisinin köməkçisi iş otağında öldü

Ağsu rayon polis şöbəsində ölüm faktı qeydə alınıb.

 

Simsar.az-ın məlumatına görə, şöbə rəisi polis polkovnik-leytenantı Bahadur Şükürovun köməkçisi, polis serjantı 1981-ci il təvəllüdlü Qədirov Səbuhi Vaqif oğlu bu gün günorta saatlarında iş otağında dünyasını dəyişib. 

 

Rayon Polis şöbəsindən Simsar.az-a verilən məlumata görə iki uşaq atası olan Səbuhi Qədirov ürəktutması səbəbindən dünyasını dəyişib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!