6 Fevral, 2012
Sabah Ucar və Zərdabda qaz olmayacaq

Təmir işləri ilə əlaqədar bu rayonlarda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq

Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah 7 yanvar tarixində saat 10:00-dan 17:00-dək Ucar, Zərdab və Lək Qazpaylayıcı Stansiyalarında qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Zərdab və Ucar şəhərləri daxil olmaqla, Qaravəlli, Rəstəcə, Qarabörk, Gəraybəyli və Lək kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!