6 Fevral, 2012
DSK-lar seçici siyahılarını dəqiqləşdirir

Aprelin 5-dək siyahılar MSK-ya təqdim ediləcək

Yanvarın əvvəllərindən etibarən məntəqə seçki komissiyaları müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb.

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq dairə seçki komissiyaları seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə start veriblər.

Qeyd edək ki, seçki qanunvericiliyinə əsasən, ən geci aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. MSK isə həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar edildikdə, onların dürüstləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiq edilmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses may ayının sonuna qədər yekunlaşacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!