4 Fevral, 2012
Magistral yollar təmizlənib

0 yol qəzasında 13 nəfər yaralanıb

Azərbaycanın magistral yolları buzdan təmizlənib. Bu barədə Simsar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. 

Məlumata görə, respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollar açıqdır. Bununla belə sürücülərdən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq xahiş olunur.

BDYPİ-dən həmçinin bildirilib ki, ötən gecə respublikada 10 yol qəza hadisəsi baş verib ki, nəticədə 13 nəfər xəsarət alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!