4 Fevral, 2012
SİNOPTİKLƏRDƏN BƏD PROQNOZ

Qar, çovğun, şaxta gözlənilir

"Bu gecə paytaxt Bakıda son bir əsrin ən aşağı temperaturu qeydə alınıb". Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva ANS-ə verib. Onun sözlərinə görə,

şaxtalı hava şəraiti yaxın 3 gün ərzində də davam edəcək. Minimal tempratur gecə və səhər saatlarında -5-10 dərəcə olacaq. "Yalnız fevralın 6-da gündüz saatlarında temperatur bir qədər yüksələrək, müsbət 2 dərəcəyə çatacaq".

Milli Hidrometeorologiya Departamentindən "Trend"ə verilən məlumata görə, isə fevralın 7-dən yenidən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olacaq. Havanın kəskin pisləşəcəyi, çovğunla müşahidə olunacaq qarlı və şaxtalı hava şəraiti proqnozlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!