4 Fevral, 2012
Şirvanda bazarın dam örtüyü çökdü

Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb

Ölkə ərazisinə yağan qar Şirvan şəhərində də fəsadlara səbəb olub. Qarın ağırlığına tab gətirməyən şəhərin mərkəzi bazarının dam örtüyünün bir hissəsi çöküb. 

Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Hazırda dam örtüyünün bərpası üçün tədbirlər görülür. 

Bazarın həmin hissəsində satışla məşğul olanlar müvəqqəti olaraq başqa yerlərə köçürülüb. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!