4 Fevral, 2012
Yanacaqdoldurma məntəqəsinin işçiləri sürücünü döydü

Hadisə Ələt qəsəbəsi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində baş verib

Bakı-Qazax magistralının 75-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində dava düşüb. Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən lent.az-a verilən məlumata görə, 1977-ci ildə Ağdam rayonunda anadan olmuş və Bərdənin Lək kəndində məskunlaşmış Elşən Nuşirəvan oğlu Kərimov şikayət ərizəsi ilə müraciət edib.

35 yaşlı E.Kərimov bildirib ki, gecə saatlarında avtomobilə yanacaq doldurmaq məqsədi ilə yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub. Bu zaman sürücü avtomobilin mühərrikini söndürmədiyinə görə, mühafizəçilər ona irad tutub. Sürücü yenə mühərriki söndürməyib. Nəticədə mühafizəçilərlə E.Kərimov arasında dava düşüb. Yanacaqdoldurma məntəqəsinin işçiləri sürücünü döyüb və o müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Qeyd edək ki, faktla əlaqədar araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!