3 Fevral, 2012
Gürcüstanda rekord şaxta qeydə alınıb

Belə soyuq 1988-ci ildən bəri olmayıb

Gürcüstanda şaxtalı hava rekord vurub. Ölkənin şəhər və rayonlarında fevralın 3-də güclü şaxta qeydə alınıb. Paytaxt Tiflis və ətrafda temperatur -10-13 dərəcə, dağlıq ərazilərdə isə -15-20 dərəcə olub. Gürcüstanda belə soyuqlar 1988-ci ildən müşahidə edilmirmiş. 

Şaxtalı hava və qar ölkədə həyatı iflic edib, paytaxt və ətrafda nəqliyyat qəzaları, habelə zədə alan sərnişinlərin sayı artıb. Müvafiq xidmətlər gücləndirilmiş iş rejmində işləyir. 2100 məktəbin 157-də dərslər təxirə salınıb. 

Sinoptiklər əhaliyə uzaq yola çıxmamağı tövsiyə edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!